Azərbaycandan turist axını 20 % artıb

Azərbaycandan turist axını 20 % artıb Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % artaraq 633,6 min nəfər olub.
Turizm
20 İyun , 2023 12:17
Azərbaycandan turist axını 20 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % artaraq 633,6 min nəfər olub.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, Rusiyaya gedənlərin sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 % artıb, İrana gedənlərin sayı 29,1 %, Türkiyəyə gedənlərin sayı 0,4 % azalıb. Ölkə vətəndaşlarının 39 %-i Türkiyəyə, 24,3 %-i Rusiyaya 9,4 %-i Gürcüstana, 7,9 %-i İrana, 19,4 %-i digər ölkələrə səfər edib. Gedənlərin 69,5 %-ni kişilər, 30,5 %-ni qadınlar təşkil edib.

Hesabat dövründə xarici ölkələrə səfər edən vətəndaşların 30 %-i dəmir yolu və avtomobil, 67,2 %-i hava, 2,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi