Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 97% azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 97% azalıb bu, ötən ilin eyni dövrünə nisbətən 95,8 % azdır
Turizm
8 Mart , 2021 11:50
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 97% azalıb

Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana 3 950 nəfər səfər edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 90 269 nəfər və yaxud 95,8 % azdır.

2021-ci ilin yanvar-fevral aylarında isə qonşu ölkə Azərbaycandan 7 088 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 211 665 nəfər və yaxud 96,8 % azdır.

Hesabat dövründə Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin ümumi sayı isə 1 il əvvələ nisbətən 93 % azalaraq 76 984 nəfər olub.

Son xəbərlər

Orphus sistemi