Azərbaycanda yeni turizm növləri yaradılacaq

Azərbaycanda yeni turizm növləri yaradılacaq Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda turizmin perspektiv inkişaf strategiyasında ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. 
Turizm
215
9 Fevral , 2018 11:33
Azərbaycanda yeni turizm növləri yaradılacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda turizmin perspektiv inkişaf strategiyasında ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov qurumun bu gün keçirilən iclasında çıxışında bildirib.

"Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi üşün “Turizm haqqında” yeni qanun layihəsini hazırlayıb. Hazırda qanun lahiyəsi aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strateqiyası hazırlanıb. Bu sahənin inkişafında turizm qurumları, o cümlədən Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl kənd Turizm Assosiasiyası və digər qurumlar mühüm rol oynayır", - AzTA başçısı söyləyib.

"Əlamətdar haldır ki, ölkəmizin, paytaxt Bakı da daxil olmaqla, əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikada turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Yaxın gələcəkdə yeni turizm növlərini görəcəyik", - N.Bağırov əlavə edib.

Son xəbərlər

Orphus sistemi