Azərbaycanda “Dövlət rüsumu haqqında” qanunun 17-ci maddəsinə yeni bənd əlavə oluna bilər.
“Report” xəbər verir ki, bu məsələ
Təklif olunan 17.8 bəndinə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.
Xatırladaq ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.7-ci maddəsinə görə, Azərbaycanda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.