Azərbaycanda tarixi qoruqlar yeni idarəetmə modelinə keçəcək

Azərbaycanda tarixi qoruqlar yeni idarəetmə modelinə keçəcək Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda tarixi qoruqlar üçün yeni idarəetmə modeli hazırlanır.
Turizm
18 Oktyabr , 2018 12:01
Azərbaycanda tarixi qoruqlar yeni idarəetmə modelinə keçəcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Azərbaycanda tarixi qoruqlar üçün yeni idarəetmə modeli hazırlanır".

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov Bakıda keçirilən Milli Turizm Sammitindəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qoruqlarda yeni turizm infrastukturunun yaradılması qarşıya hədəf kimi qoyulub.

“Yeni milli turizm brendimiz otellərlə yanaşı qoruqlarda da hiss ediləcək. Tarixi qoruqlardan səmərəli istifadə ilə bağlı ilk layihə Basqaldır. Bununla bağlı aidiyyəti qurumlara müraciət edilib. Daha sonra hədəfdə “Yanardağ”, “Lahıc”, “Kiş”, “Xınalıq”, “Yuxarıbaş”, “Atəşgah” qoruqları var. Hazırlanan plana görə, gələn ilin I rübündə “Yanardağ”da sərgi mərkəzinin açılması gözlənilir. Bununla yanaşı “Şahdağ”da mövcud infrastruktur daha da genişləndirilir. Bu il Quba-Qusar regionunda, eləcə də Şəkidə daha 2 turizm menecmenti bürosunun açılması planlaşdırılır. Əsas odur ki, yaradılacaq mərkəzlər özü-özünü maliyyələşdirsin. Bunun üçün əvvəlcədən zəruri şərait yaradılacaq. Biz bu məsələdə medianın gücünə güvənirik”, - M.Muradov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi