Azərbaycanda otellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlandı

Azərbaycanda otellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlandı Karantin dövründə otellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək
Turizm
197
11 Mart , 2021 13:03
Azərbaycanda otellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlandı
Florian Zenqstşmid
"Son illər ərzində Azərbaycanda otelçilik sahəsində çox böyük işlər görülüb".

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

F.Zenqstşmid otellərin ulduz alması proseslərindən də danışıb:
"Otellər ulduz əldə etməsi üçün bütün şərtlər saytımızda göstərilib. Otellərin müraciətindən sonra auditorlarımız oteldə yoxlama aparır və hər hansı çatışmazlıq aşkar edilərsə otel rəhbərliyinə həmin natamamlığı aradan qaldırmaq üçün müəyyən vaxt verilir. Əgər bu kiçik çatışmazlıqdırsa otelə 6 aya qədər vaxt verilir. Amma daha böyük problemi aradan qaldırmaq üçün 12 aya qədər vaxt verilir. DTA-nın qərarı ilə razılaşmayan otellər müstəqil apeliyasiyaya müraciət edə bilərlər".
ATB rəsmisi rüsumu da açıqlayıb: "Otellərə ulduz verilməsinə görə, rüsum 800 manatdan başlayır.
Sertifikat 3 illik veriləcək və karantin üçün istifadə olunmuş hotellərə pulsuz təqdim olunacaq".

Son xəbərlər

Orphus sistemi