Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46 %-dən çox artıb

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46 %-dən çox artıb Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46 %-dən çox artıb
Turizm
3 May , 2024 10:14
Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46 %-dən çox artıb

Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,3 manat təşkil edib.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 309,4 manat olmaqla Qubada qeydə alınıb. Ötən ilin eyni dövründə isə rayonda 5 ulduzlu hotel olmayıb.

İkinci yerdə 307 manat olmaqla Qəbələ hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 14 % çoxdur.

5 ulduzlu hotellər arasında üçüncü yeri isə 233,8 manat olmaqla Naftalan tutub. Bu rayonda orta qiymət illik müqayisədə 6,9 % azalıb.

Şamaxıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 213,8 manata (+ 27 %), Bakıda 209 manata (+39,7 % ), Lənkəranda 170 manata (+ 26,8 %), Abşeronda 165 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şabranda 154 manata (+ 15 %), Qaxda 153,7 manata (+ 13,8 %) İsmayıllıda 152,5 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şəkidə 71 manata (+ 56 %) başa gəlib.

Son xəbərlər

Orphus sistemi