Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 1 723,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 30,7 %-i Rusiya, 17,9 %-i Türkiyə, 7,7 %-i İran, 5,1 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Qazaxıstan, 2,5 %-i Pakistan, 1,9 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, 1,6 %-i İsrail, hər birindən 1,5 % olmaqla Ukrayna və Küveyt, 1,4 %-i Belarus, hər birindən 1,2 % olmaqla Türkmənistan və Çin, 1,1 %-i Böyük Britaniya, 11,2 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 %-ni kişilər, 30,1 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Moldovadan - 1,5 dəfə, Belarusdan - 1,5 dəfə, Özbəkistandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 45,8 %, Kanadadan - 42,7 %, ABŞ-dan - 39,4 %, Gürcüstandan - 30,5 %, Niderlanddan - 29,4 %, Küveytdən - 27,3 %, İsraildən - 27,2 %, Fransadan - 26,9 %, Böyük Britaniyadan - 25,7 %, Almaniyadan - 22 %, Türkiyədən - 20,3 %, Ukraynadan - 11,1 %, BƏƏ-dən isə 10 % artıb.
Bundan başqa, son 1 ildə MDB ölkələrindən gələnlərin sayı 49,6 % artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 % artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 % azalaraq 284,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1 %-i hava, 26,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.