Azərbaycana turist axını 2 dəfədən çox artıb

Azərbaycana turist axını 2 dəfədən çox artıb Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277 turist səfər edib.
Turizm
11 Aprel , 2022 13:30
Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277 turist səfər edib.

Bu barədə “Report”a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Rüblük göstəricinin 95 844-ü mart ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

2022-ci ilin yanvar, fevral və mart aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105%, 112% və 112% artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61%, 56% və 61% geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.

Son xəbərlər

Orphus sistemi