Azərbaycana BƏƏ-dən gələn turistlərin sayı 2 dəfədən çox artıb

Azərbaycana BƏƏ-dən gələn turistlərin sayı 2 dəfədən çox artıb 2021-ci ildə Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlərin sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub.
Turizm
21 Yanvar , 2022 12:52
Azərbaycana BƏƏ-dən gələn turistlərin sayı 2 dəfədən çox artıb

2021-ci ildə Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlərin sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ötən il Azərbaycana 167 ölkədən 791,8 min və yaxud əvvəlki ilə nisbətən 0,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Onların 4,6 %-i yanvar, 4,5 %-i fevral, 5,7 %i mart, 5,8 %-i aprel, 6,5 %-i may, 8,5 %-i iyun, 10,6 %-i iyul, 9,7 %-i avqust, 9,4 %-i sentyabr, 11,5 %-i oktyabr, 10,9 %-i noyabr, 12,3 %-i isə dekabr ayında ölkəmizə səfər edib. Gələnlərin 82 %-ni kişilər, 18 %-ni qadınlar təşkil edib.

2021-ci ildə ölkəmizə gələnlərin 32,6 %-i Rusiya, 25 %-i Türkiyə, 15,8 %-i İran, 7,9 %-i Gürcüstan, hər birindən 2,2 % olmaqla Ukrayna və BƏƏ, 1,2 %-i Böyük Britaniya, 1,1 %-i Səudiyyə Ərəbistanı, 0,9 %-i Qazaxıstan, 0,8 %-i İsrail, hər birindən 0,7 % olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 %-i ABŞ, 0,5 %-i Özbəkistan, hər birindən 0,4 % olmaqla İtaliya və Pakistan, 0,3 %-i Türkmənistan, 6 %-i digər ölkələrin vətəndaşları olub.

2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66 %, Hindistandan - 55,3 %, Səudiyyə Ərəbistanından - 26 %, Özbəkistandan - 20,3 %, Qazaxıstandan - 18,5 %, Belarusdan - 5,1 % azalıb, BƏƏ-dən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 %, ABŞ-dan - 69,3 %, Almaniyadan - 67,7 %, İsraildən - 57 %, Böyük Britaniyadan - 33,7 %, İtaliyadan - 24 %, Türkiyədən - 23,3 %, Rusiyadan isə 14,7 % artıb.

İl ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 % artaraq 35,4 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 43,7 % artaraq 159 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 % artaraq 297,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 %-i dəmir yolu və avtomobil, 48 %-i hava, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi