Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub
Turizm
- 31 iyul, 2025
- 16:40
Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.
"Report" agentliyə istinadən xəbər verir ki, görüşdə F.Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib.
Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Səfir ölkəsinin turizm naziri və Ümumdünya Turizm Təşkilatının Baş katibi adından Azərbaycan rəsmisini bu il 7-11 noyabrda Ər-Riyadda keçiriləcək Ümumdünya Turizm Təşkilatının Ümumi iclasına dəvət edib.
Son xəbərlər
01:13
Kanadada 6,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr01:05
"Axios": ABŞ həm Rusiyanı, həm də Ukraynanı məcbur edir ki, güzəştə getsin
Digər ölkələr00:46
Ronaldu Trampa zəng edib
Digər ölkələr00:38
Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir
Digər ölkələr00:31
Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edib
Digər ölkələr00:16
İranın XİN başçısı danışıqlar barədə: Top ABŞ-dədir
Region00:10
Yevlaxda baş verən yanğında ölü sayı artıb
Hadisə23:49
Almaniya Kansleri Merts ilk dəfə İsrailə rəsmi səfər edib
Digər ölkələr23:34