Azərbaycanda turizm məhsullarını öz kanalları və resursları vasitəsilə satan turizm sənayesi iştirakçılarına ehtiyac var.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Türizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov Bakıda keçirilən "Azərbaycan Turizm Sammiti"ndə bildirib.
"Hər hansı məhsulun 0-dan yaradılması və qruplara çatdırılması bizim Büronun işi kimi görünməməlidir. Azərbaycan Turizm Bürosu məhsul satmır. Çünki bu, bizim nizamnaməmizdə yoxdur. Turizm də bir sənayedir və onun müxtəlif alt qrupları, əsas oyunçuları var. Bunlar misal üçün, hotellərdir, daha sonra turizm şirkətləridir. Məhsullar yaradıldıqda həmin şirkətlərin onları başa düşüb, öz kanalları və resursları vasitəsilə realizə edə bilməsi çox vacibdir", - deyə o qeyd edib.