Azərbaycan Turizm Bürosu tender keçirir

Azərbaycan Turizm Bürosu tender keçirir "Azərbaycan Turizm Bürosu" Publik Hüquqi Şəxsi informasiya texnologiyaları avadanlıqları və lisenziyaların satın alınması üçün açıq tender elan edib.
Turizm
7 Sentyabr , 2020 12:14
Azərbaycan Turizm Bürosu tender keçirir

Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu informasiya texnologiyaları avadanlıqları və lisenziyaların satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 7-i, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 15-i, saat 18:00-a qədər Büronun Bakı şəhəri, Nizami küçəsi, 96E, Landmark I ünvanında yerləşən ofisinə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun sektor müdiri Mehman Bayramovdur. Telefon: (012) 505-87-04 (daxili 23 04).

Təkliflərə oktyabrın 16-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi