Azərbaycan Qarabağın turizm potensialını qiymətləndirir

Azərbaycan Qarabağın turizm potensialını qiymətləndirir Dövlət Turizm Agentliyi Qarabağın turizm potensialını qiymətləndirmək üçün ilkin diaqnostika aparır.
Turizm
4 Avqust , 2022 15:14
Azərbaycan Qarabağın turizm potensialını qiymətləndirir
Məhəmməd Muradov

Dövlət Turizm Agentliyi Qarabağın turizm potensialını qiymətləndirmək üçün ilkin diaqnostika aparır.

Bunu "Report"a açıqlamasında Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bildirib.

"Bu diaqnostika hesabına artıq müəyyən nəticələr var. Eyni zamanda biz paralel olaraq turizm infrastrukturunun yaradılması istiqamətində işlər aparırıq. Ölkə prezidentinin tapşırığına əsasən, dövlət investisiya proqramı çərçivəsində Tuğ, Suqovuşan və Daşaltı kəndləri, Hadrud qəsəbəsi kimi ərazilərdə turizm infrastrukturu qurulacaq. Agentlik həmin tapşırığın icrası istiqamətində fəaliyyətini qurub. Bundan başqa, turizm konsepsiyaları hazırlanır. Həmin konsepsiyalarda şəhərsalma, turizmlə bağlı texniki iqtisadi əsaslandırma məsələləri öz əksini tapıb", - deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib. Rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub.

Son xəbərlər

Orphus sistemi