Azərbaycan və İordaniyanın turizm sənayesinin nümayəndələri əməkdaşlıq əlaqələrini müzakirə ediblər 

Azərbaycan və İordaniyanın turizm sənayesinin nümayəndələri əməkdaşlıq əlaqələrini müzakirə ediblər  Azərbaycanın turizm imkanlarının və turizm məhsullarının təbliği və iki ölkənin turizm subyektləri arasında qarşılıqlı iş birliyinin yaradılması məsələləri noyabrın 22-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri ilə İordaniyanın t
Turizm
22 Noyabr , 2022 21:42
Azərbaycan və İordaniyanın turizm sənayesinin nümayəndələri əməkdaşlıq əlaqələrini müzakirə ediblər 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri ilə İordaniyanın turizm sənayesinin nümayəndələri arasında keçirilən görüşdə ölkəmizin turizm imkanlarının və turizm məhsullarının təbliği, iki ölkənin turizm subyektləri arasında qarşılıqlı iş birliyinin yaradılması məsələləri müzakirə olunub.

Bu barədə "Report"a ATAA-dan məlumat verilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı və İordaniya Turizm Bürosunun dəstəyi ilə təşkil olunan infotur çərçivəsində keçirilən görüşdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, turist cəlbediciliyinin artırılması məqsədi ilə birgə işbirliyinin yaradılması, qarşılıqlı kommunikasiya əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin birgə layihələrin hazırlanması, təcrübə mübadiləsinin aparılması, tanışlıq məqsədli infoturların təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İnfotur çərçivəsində ATAA nümayəndələri üçün İordaniyanın antik şəhəri Ceraşa, o cümlədən paytaxt Amman şəhərinə səfər təşkil edilib, buranın turizm potensialı və məhsulları haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi