ATAA: “Müxtəlif hava yollarının Azərbaycan turizm şirkətlərinə qarşı cərimələri silinib"

ATAA: “Müxtəlif hava yollarının Azərbaycan turizm şirkətlərinə qarşı cərimələri silinib" Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) üzvlük haqqından 41 min manata yaxın vəsait toplayıb.
Turizm
12 Sentyabr , 2023 11:27
ATAA: “Müxtəlif hava yollarının Azərbaycan turizm şirkətlərinə qarşı cərimələri silinib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) üzvlük haqqından 41 min manata yaxın vəsait toplayıb.

“Report” xəbər verir ki, bunu ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın bir illik hesabat tədbirində çıxış edərkən bildirib.

G.Qəhrəmanov qeyd edib ki, bu məbləğ 130-dan çox agentlikdən toplanıb:

“Müxtəlif hava yolları şirkətlərindən ATAA üzvlərinə cərimələr yazılıb. Məhz bu bir il ərzində biz həmin cərimələrin silinməsinə nail olduq. Hava yollarının özlərinin daxili əməliyyat qaydaları var ki, onu müştərilərinə tətbiq edirlər. Biletlərin doldurulmasında yaxud hansısa başqa sənədləşmədə səhvlər olanda avtomatik olaraq hava yolları tərəfindən cərimələr tətbiq edilir. ATAA-nın müraciəti əsasında aviaşirkətlər həmin cərimələrin 90%-ni silib.
Bu prosedur təxminən hər 6 aydan bir təkrarlanır və bu səbəbdən də silinən konkret məbləğlə bağlı məlumat vermək çətindir.

Həmçinin bizim səylərimiz nəticəsində müxtəlif aviaşirkətlərdən 1 milyon manatdan çox komissiya Assosiasiya üzvlərinin hesabına köçürülüb”.

ATAA rəsmisi çıxışında hələ də bəzi problemlərin qaldığını qeyd edib: “Bunlar əsasən bəzən viza alınması ilə bağlı problemlər və bəzi istiqamətlərə hələ aviabiletlərin baha olmasıdır”.

Son xəbərlər

Orphus sistemi