Dövlət Turizm Agentliyi (DTA) Azərbaycanda aqroturizm imkanlarının inkişaf etdirilməsi, bu sahədə məhsul və xidmətlərin çeşid və sayının artırılmasına dəstək verilməsi məqsədilə təlim təşkil edib.
"Report" Agentliyə istinadən xəbər verir ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” layihəsi çəçivəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırlanmış 5 modullu təlim materialları əsasında təşkil olunub.
Təlimdə ölkənin beş regionundan dövlət, özəl, təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarını təmsil edən 15 nəfər iştirak edib.
Turizm sahəsində biznes üzrə məsləhətçi xidmətlərinin inkişafına töhfə verəcək təlim BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub.
Aqroturizmin inkişafı “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş öhdəliklər sırasındadır.