“Air Arabia” aviaşirkəti Şarja-Bakı marşrutu ilə ilk reysini həyata keçirib

“Air Arabia” aviaşirkəti Şarja-Bakı marşrutu ilə ilk reysini həyata keçirib Bu marşrutla aviareyslər həftədə 4 dəfə və iki uçuş vaxtı tezliyi ilə yerinə yetiriləcək
Turizm
1325
16 Mart , 2017 12:43
“Air Arabia” aviaşirkəti Şarja-Bakı marşrutu ilə ilk reysini həyata keçirib
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanının Məlumat Mərkəzində Orta Şərqin və Şimali Afrikanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “Air Arabia”nın yeni açılan Şarja-Bakı reysi üzrə ilk uçuşu həyata keçirilib.

“Report” xəbər verir ki, aviaşirkət sözügedən istiqamət üzrə uçuşları həftədə 4 dəfə və iki uçuş vaxtı tezliyi ilə yerinə yetirəcək. Cümə axşamları və bazar günləri Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 11:30-da qalxan təyyarə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja Beynəlxalq Hava Limanında yerli vaxtla 14:10-da enəcək. Əks istiqamət üzrə yerinə yetiriləcək uçuşlarda isə cümə axşamları və bazar günləri saat 07:55-də uçan təyyarə Bakıya yerli vaxtla 10:50-də çatacaq.

Çərşənbə axşamları və şənbə günləri Bakıdan 17:55-də başlayan uçuş Şarjada yerli vaxtla 20:35-də tamamlanacaq. Şarjadan geriyə 14:20-də yerinə yetirilən aviareys Bakıda yerli vaxtla 17:15-də yekunlaşacaq.

Bu gün ilk uçuş yerli vaxtla 09:00-da Şarja Beynəlxalq Hava Limanından başlayıb və təyyarə Bakıya enib.

Qeyd edək ki, "Air Arabia” hazırda Orta Şərq və Şimali Afrikada beş əməliyyat mərkəzi ilə 33 ölkənin 124 nöqtəsinə uçuşlar icra edir.

Son xəbərlər

Orphus sistemi