ABŞ-da Azadlıq heykəli ətrafından 3 mindən çox insan təxliyyə olunub - FOTO

ABŞ-da Azadlıq heykəli ətrafından 3 mindən çox insan təxliyyə olunub - FOTO Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin Liberti adasında propan balonlarının yanması səbəbindən 3,4 min nəfərə yaxın şəxs təxliyyə olunub.
Turizm
27 Avqust , 2018 23:42
ABŞ-da Azadlıq heykəli ətrafından 3 mindən çox insan təxliyyə olunub - FOTO

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin Liberti adasında propan balonlarının yanması səbəbindən 3,4 min nəfərə yaxın şəxs təxliyyə olunub.

“Report” xəbər verir ki, yanğın xidmətinin məlumatına görə, yanğın inşaat işçilərinin səhvindən ola bilər.

Onlardan birinin xəsarət aldığı bildirilir.

Hazırda yanğın söndürülüb və turistlər yenidən Nyu-Yorkun həmin adada yerləşən əsas görməli yerini ziyarət edə bilərlər.

Yanğısöndürənlərin sözlərinə görə, vəziyyət çox təhlükəli olub.

Son xəbərlər

Orphus sistemi