Yuxarı
    Bağlamaq

    ​Nazir "Şahdağ" qış-yay turizm kompleksində qiymət artımına yol verilməməsini tövsiyə edib

    Ötən il yaranan problemlər bu il olmayacaq

    Bakı. 2 dekabr. REPORT.AZ/

    Bu il "Şahdağ" qış-yay turizm kompleksinə gedənlər həm xizək, həm geyim, həmçinin də ayaqqabı ilə tam təmin ediləcəklər və ötən il yaranan problemlər bu il olmayacaq. "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, ötən il "Şahdağ" qış-yay turizm kompleksini 1800 adam ziyarət etmişdi: "Ötən il biz onların nə geyimini, nə də ayaqqabısını çatdıra bilmədik. Bu il bu məsələyə diqqət veriləcək".

    Nazir qiymətlərlə bağlı da mövqeyini bildirib: "Qiymətlərə gəlincə, biz tövsiyə edirik ki, "Şahdağ"ın daxilində qiymət artımı olmasın".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi