Bu il "Şahdağ" qış-yay turizm kompleksinə gedənlər həm xizək, həm geyim, həmçinin də ayaqqabı ilə tam təmin ediləcəklər və ötən il yaranan problemlər bu il olmayacaq. "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ötən il "Şahdağ" qış-yay turizm kompleksini 1800 adam ziyarət etmişdi: "Ötən il biz onların nə geyimini, nə də ayaqqabısını çatdıra bilmədik. Bu il bu məsələyə diqqət veriləcək".
Nazir qiymətlərlə bağlı da mövqeyini bildirib: "Qiymətlərə gəlincə, biz tövsiyə edirik ki, "Şahdağ"ın daxilində qiymət artımı olmasın".