Nazir: "Dəllallıqla məşğul olan, insanları aldadan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq"

Nazir: "Dəllallıqla məşğul olan, insanları aldadan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq" Əbülfəs Qarayev: "Onlar yalandan qiymətlər verirlər, yalandan nəqliyyat təşkil edirlər"
Turizm
31 Yanvar , 2018 11:58
Nazir: Dəllallıqla məşğul olan, insanları aldadan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Bakı. 30 yanvar. REPORT.AZ/ "Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllallar ortaya çıxıb". 

"Report"un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, həmin şəxslər insanları aldadırlar: "Onlar guya xidmət göstərirlər. Yalandan qiymətlər verirlər, nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə biz itiririk. Biz birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllallar və yalançılar acı nəticələrlə üzləşəcəklər".

Ə.Qarayev əlavə edib ki, hazırda "Turizm haqqında" yeni qanunun üzərində iş aparılır: "Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Heç kimə güzəştə gedilməyəcək. Əgər kimsə beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətlərini göstərirsə, deməli, onlar barədə ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllallıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirsizliklə gözləyirəm".

Son xəbərlər

Orphus sistemi