Yuxarı

Bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilib

Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 328-ə çatıb

Bakı. 1 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

"Premier Expo Hotel" MMC, fiziki şəxs Surxayev Akif Şahnamaz oğluna məxsus "MM Butik Otel", fiziki şəxs Məmmədova Göyərçin Mehdi qızına məxsus "Bata-Bat" istirahət mərkəzi, "Göy Qurşağı" MMC-yə məxsus "Göy Qurşağı" mehmanxanası, "Olimpik İdman və İstirahət Kompleksi" MMC-yə məxsus "Olimpik İdman və İstirahət Kompleksi", fiziki şəxs Abidov Baba Abid oğluna məxsus "LT Otel" mehmanxanaları, fiziki şəxs Osmanov Murad Şahbaba oğluna məxsus "Dağ Havası" istirahət mərkəzi lisenziya alıb. 

Qeyd edək ki, bununla Azəbaycan ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 328-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi