Bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilib

Bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilib Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 328-ə çatıb
Turizm
1 İyun , 2015 17:13
Bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilib

Bakı. 1 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

"Premier Expo Hotel" MMC, fiziki şəxs Surxayev Akif Şahnamaz oğluna məxsus "MM Butik Otel", fiziki şəxs Məmmədova Göyərçin Mehdi qızına məxsus "Bata-Bat" istirahət mərkəzi, "Göy Qurşağı" MMC-yə məxsus "Göy Qurşağı" mehmanxanası, "Olimpik İdman və İstirahət Kompleksi" MMC-yə məxsus "Olimpik İdman və İstirahət Kompleksi", fiziki şəxs Abidov Baba Abid oğluna məxsus "LT Otel" mehmanxanaları, fiziki şəxs Osmanov Murad Şahbaba oğluna məxsus "Dağ Havası" istirahət mərkəzi lisenziya alıb.

Qeyd edək ki, bununla Azərbaycan ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 328-ə çatıb.

Son xəbərlər

Orphus sistemi