​Bakı Turizm İnformasiya Mərkəzi yeni aksiya keçirir

​Bakı Turizm İnformasiya Mərkəzi yeni aksiya keçirir Aksiya “Bakı City Tour” marşrutu ilə həyata keçiriləcək
Turizm
16 May , 2016 19:07
​Bakı Turizm İnformasiya Mərkəzi yeni aksiya keçirir

Bakı. 16 may. REPORT.AZ/ Bakı Turizm İnformasiya Mərkəzi yeni aksiya elan edib. 

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, mərkəz aksiya çərçivəsində mayın 18-də Mədəniyyət və Turizm İdarəsinin tərkibinə daxil olan muzey və ekspozisiyalarda keçirilən "Açıq qapı" günü ilə bağlı pulsuz gediş günü elan edib.

“Bakı City Tour” marşrutu ilə həyata keçiriləcək aksiya Beynəlxalq Muzeylər Günü ilə bağlı təşkil edilir.

Son xəbərlər

Orphus sistemi