Qoşulmama Hərəkatı

BMT Baş katibinin Fəaliyyət Proqramında BTQ-nin hesabatı yer alıb
Xarici siyasət

BMT Baş katibinin "Fəaliyyət Proqramı"nda BTQ-nin hesabatı yer alıb

  • 02 oktyabr, 2025
  • 10:36
Saxta orden və medal təsis edən QHT sədrləri cinayət məsuliyyətinə cəlb ediliblər
Hadisə

Saxta orden və medal təsis edən QHT sədrləri cinayət məsuliyyətinə cəlb ediliblər

  • 01 oktyabr, 2025
  • 18:22
Taras Kuzio: Aİ Bakı və İrəvana münasibətdə balanslı siyasət aparmalıdır
Xarici siyasət

Taras Kuzio: Aİ Bakı və İrəvana münasibətdə balanslı siyasət aparmalıdır

  • 01 oktyabr, 2025
  • 13:48
Nazir: Azərbaycanda ərazilərin 12 %-də müasir suvarma sistemlərindən istifadə edilir
ASK

Nazir: "Azərbaycanda ərazilərin 12 %-də müasir suvarma sistemlərindən istifadə edilir"

  • 01 oktyabr, 2025
  • 12:25
Yalçın Rəfiyev: Gənclərin rəyi bizim üçün həmişə aktualdır
Ekologiya

Yalçın Rəfiyev: Gənclərin rəyi bizim üçün həmişə aktualdır

  • 30 sentyabr, 2025
  • 12:39
Tailand səfiri: Asiya və Avropa arasında alternativ yollardan ən vacibi Zəngəzur dəhlizidir - MÜSAHİBƏ
Xarici siyasət

Tailand səfiri: Asiya və Avropa arasında alternativ yollardan ən vacibi Zəngəzur dəhlizidir - MÜSAHİBƏ

  • 30 sentyabr, 2025
  • 10:37
Münhendə Azərbaycanın mina qurbanlarına dair fotosərgi açılıb
Daxili siyasət Foto

Münhendə Azərbaycanın mina qurbanlarına dair fotosərgi açılıb

  • 27 sentyabr, 2025
  • 12:24
Azərbaycan və Keniya parlamentariləri əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
Daxili siyasət Foto

Azərbaycan və Keniya parlamentariləri əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər

  • 26 sentyabr, 2025
  • 19:04
Pakistanda 27 Sentyabr - Anım Günü: Şanlı Qəhrəmanlıq mövzusunda konfrans keçirilib
Xarici siyasət Foto

Pakistanda "27 Sentyabr - Anım Günü: Şanlı Qəhrəmanlıq" mövzusunda konfrans keçirilib

  • 26 sentyabr, 2025
  • 15:49
Azərbaycan QHT-ləri Anım Günü ilə bağlı bəyanat yayıb
Daxili siyasət Foto

Azərbaycan QHT-ləri Anım Günü ilə bağlı bəyanat yayıb

  • 26 sentyabr, 2025
  • 13:09
Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb - YENİLƏNİB
Xarici siyasət Foto

Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb - YENİLƏNİB

  • 25 sentyabr, 2025
  • 21:33
Azərbaycan və Qambiya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb
Xarici siyasət Foto

Azərbaycan və Qambiya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb

  • 25 sentyabr, 2025
  • 19:48
Pakistanlı spiker Milli Məclisdə Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr edilən konfransa dəvət edilib
Milli Məclis

Pakistanlı spiker Milli Məclisdə Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr edilən konfransa dəvət edilib

  • 25 sentyabr, 2025
  • 17:20
Türkiyə, Pakistan, Banqladeş rəsmiləri ilə əmək və məşğulluq məsələləri müzakirə edilib
Sosial müdafiə

Türkiyə, Pakistan, Banqladeş rəsmiləri ilə əmək və məşğulluq məsələləri müzakirə edilib

  • 24 sentyabr, 2025
  • 18:24
Azərbaycan və Ekvador XİN-ləri arasında siyasi məsləhətləşmələrə dair protokol imzalanıb
Xarici siyasət Foto

Azərbaycan və Ekvador XİN-ləri arasında siyasi məsləhətləşmələrə dair protokol imzalanıb

  • 24 sentyabr, 2025
  • 03:42
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
Xarici siyasət Foto

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB

  • 23 sentyabr, 2025
  • 23:31
1 ... 26 27 28 29 30 ... 368
Qoşulmama Hərəkatı: Qlobal sülh platforması, yaranma tarixi, prinsiplər və Azərbaycanın sədrliyi

Yaranma tarixi və ideoloji əsasları

Qoşulmama Hərəkatı — "Soyuq müharibə" dövründə, dünyanın iki əsas hərbi-siyasi blokuna — qərb ölkələrinə (ABŞ-ın rəhbərlik etdiyi NATO) və şərq blokuna (SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatı) qoşulmamaq qərarına gələn dövlətləri birləşdirmək məqsədilə təsis edilmiş beynəlxalq təşkilatdır. Hərəkatın təməli rəsmi olaraq 1961-ci ildə Yuqoslaviyanın paytaxtı Belqradda keçirilən ilk Zirvə Konfransında qoyulmuşdur.

Təşkilatın yaranmasında və formalaşmasında XX əsrin görkəmli siyasi xadimləri — Yuqoslaviyanın Prezidenti İosip Broz Tito, Hindistanın Baş naziri Cəvahirəl Nehru, Misirin Prezidenti Camal Əbdül Nasir, İndoneziya Prezidenti Sukarno və Qananın Prezidenti Kvame Nkrumah müstəsna rol oynamışlar. Hərəkatın əsas fəlsəfəsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli və kolonializmə qarşı mübarizə kimi universal dəyərlərə əsaslanır. BMT-dən sonra dünyada ən çox üzv dövləti birləşdirən ikinci siyasi platforma olan Qoşulmama Hərəkatına hazırda 120-dən çox ölkə daxildir.

Azərbaycanın Qoşulmama Hərəkatında rolu və tarixi sədrliyi

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunmuşdur. Qısa müddət ərzində təşkilat daxilində fəal mövqe qazanan Azərbaycan ölkənin milli maraqlarının, o cümlədən Ermənistan tərəfindən törədilmiş işğal faktının beynəlxalq müstəvidə obyektiv işıqlandırılmasına nail olmuşdur.

Tarixi Sədrli̇k (2019–2023): Azərbaycan Respublikası 2019-cu ildə Bakı Zirvə görüşündə Hərəkatın sədrliyini yekdilliklə öz üzərinə götürmüşdür. İlkin olaraq 3 il nəzərdə tutulan sədrliyin müddəti üzv dövlətlərin yekdil qərarı ilə bir il də uzadılaraq 2023-cü ilə qədər davam etmişdir.

Pandemiya dövründə qlobal liderlik: Azərbaycanın sədrliyi dövrü bəşəriyyətin üzləşdiyi ən ağır qlobal sınaqlardan biri olan COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn formatda Zirvə toplantısı keçirilmiş, peyvəndlərin ədalətli bölgüsü, inkişaf etməkdə olan ölkələrə humanitar dəstək və qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Institusional inkişaf və parlamentarizm: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi yaradılmışdır ki, bu da təşkilatın struktur baxımından daha da güclənməsinə xidmət etmişdir.