Qoşulmama Hərəkatı

Bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır – BİRGƏ BƏYANAT
Daxili siyasət

Bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır – BİRGƏ BƏYANAT

  • 11 sentyabr, 2025
  • 11:36
AQEM və QHGT gənclərin potensialının üzə çıxarılması üçün platformalar yaradır
Xarici siyasət

AQEM və QHGT gənclərin potensialının üzə çıxarılması üçün platformalar yaradır

  • 10 sentyabr, 2025
  • 15:29
Ceyhun Bayramov Misirin yeni səfirinin etimadnaməsini qəbul edib
Xarici siyasət Foto

Ceyhun Bayramov Misirin yeni səfirinin etimadnaməsini qəbul edib

  • 09 sentyabr, 2025
  • 18:31
İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Daxili siyasət

İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

  • 09 sentyabr, 2025
  • 09:59
Azərbaycan və Cibuti XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət Foto

Azərbaycan və Cibuti XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

  • 08 sentyabr, 2025
  • 17:21
Nazir müavini: Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə iqtisadi faydalar gətirəcək
Xarici siyasət

Nazir müavini: Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə iqtisadi faydalar gətirəcək

  • 08 sentyabr, 2025
  • 15:26
Bakıda ictimai nəzarətin təşviqi imkanları müzakirə edilib
Daxili siyasət Foto

Bakıda ictimai nəzarətin təşviqi imkanları müzakirə edilib

  • 08 sentyabr, 2025
  • 12:10
Milli QHT Forumu: Toy və yas mərasimlərində israfçılıq az qala həyat tərzinə çevrilir
Daxili siyasət

Milli QHT Forumu: Toy və yas mərasimlərində israfçılıq az qala həyat tərzinə çevrilir

  • 06 sentyabr, 2025
  • 11:24
Kaxa Kaladze: Gürcüstan ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa tam hazırdır
Region

Kaxa Kaladze: Gürcüstan ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa tam hazırdır

  • 04 sentyabr, 2025
  • 14:18
QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrini elan edib
İnfrastruktur

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrini elan edib

  • 03 sentyabr, 2025
  • 20:31
Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
Qarabağ

Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

  • 03 sentyabr, 2025
  • 19:08
Dövlət Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək
Daxili siyasət

Dövlət Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək

  • 03 sentyabr, 2025
  • 14:42
Ekonomiks Ermənistanın xarici ticarət əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar nəticələri açıqlayıb
Biznes Foto

"Ekonomiks" Ermənistanın xarici ticarət əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar nəticələri açıqlayıb

  • 03 sentyabr, 2025
  • 13:08
Fikrət Yusifov: Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edir
Biznes

Fikrət Yusifov: "Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edir"

  • 03 sentyabr, 2025
  • 11:21
LCOY Azərbaycan 2025in bağlanış mərasimi keçirilib - YENİLƏNİB
Ekologiya Foto

"LCOY Azərbaycan 2025"in bağlanış mərasimi keçirilib - YENİLƏNİB

  • 02 sentyabr, 2025
  • 16:28
Azərbaycanın ərzaq təhlükəsizliyi: imkanlar və çağırışlar - ARAŞDIRMA
ASK

Azərbaycanın ərzaq təhlükəsizliyi: imkanlar və çağırışlar - ARAŞDIRMA

  • 02 sentyabr, 2025
  • 16:13
1 ... 28 29 30 31 32 ... 368
Qoşulmama Hərəkatı: Qlobal sülh platforması, yaranma tarixi, prinsiplər və Azərbaycanın sədrliyi

Yaranma tarixi və ideoloji əsasları

Qoşulmama Hərəkatı — "Soyuq müharibə" dövründə, dünyanın iki əsas hərbi-siyasi blokuna — qərb ölkələrinə (ABŞ-ın rəhbərlik etdiyi NATO) və şərq blokuna (SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatı) qoşulmamaq qərarına gələn dövlətləri birləşdirmək məqsədilə təsis edilmiş beynəlxalq təşkilatdır. Hərəkatın təməli rəsmi olaraq 1961-ci ildə Yuqoslaviyanın paytaxtı Belqradda keçirilən ilk Zirvə Konfransında qoyulmuşdur.

Təşkilatın yaranmasında və formalaşmasında XX əsrin görkəmli siyasi xadimləri — Yuqoslaviyanın Prezidenti İosip Broz Tito, Hindistanın Baş naziri Cəvahirəl Nehru, Misirin Prezidenti Camal Əbdül Nasir, İndoneziya Prezidenti Sukarno və Qananın Prezidenti Kvame Nkrumah müstəsna rol oynamışlar. Hərəkatın əsas fəlsəfəsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli və kolonializmə qarşı mübarizə kimi universal dəyərlərə əsaslanır. BMT-dən sonra dünyada ən çox üzv dövləti birləşdirən ikinci siyasi platforma olan Qoşulmama Hərəkatına hazırda 120-dən çox ölkə daxildir.

Azərbaycanın Qoşulmama Hərəkatında rolu və tarixi sədrliyi

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunmuşdur. Qısa müddət ərzində təşkilat daxilində fəal mövqe qazanan Azərbaycan ölkənin milli maraqlarının, o cümlədən Ermənistan tərəfindən törədilmiş işğal faktının beynəlxalq müstəvidə obyektiv işıqlandırılmasına nail olmuşdur.

Tarixi Sədrli̇k (2019–2023): Azərbaycan Respublikası 2019-cu ildə Bakı Zirvə görüşündə Hərəkatın sədrliyini yekdilliklə öz üzərinə götürmüşdür. İlkin olaraq 3 il nəzərdə tutulan sədrliyin müddəti üzv dövlətlərin yekdil qərarı ilə bir il də uzadılaraq 2023-cü ilə qədər davam etmişdir.

Pandemiya dövründə qlobal liderlik: Azərbaycanın sədrliyi dövrü bəşəriyyətin üzləşdiyi ən ağır qlobal sınaqlardan biri olan COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn formatda Zirvə toplantısı keçirilmiş, peyvəndlərin ədalətli bölgüsü, inkişaf etməkdə olan ölkələrə humanitar dəstək və qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Institusional inkişaf və parlamentarizm: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi yaradılmışdır ki, bu da təşkilatın struktur baxımından daha da güclənməsinə xidmət etmişdir.