Əsrin müqaviləsi

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı alimin kitabı məşhur universitetlərin kitabxanasına daxil edilib
Mədəniyyət siyasəti

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı alimin kitabı məşhur universitetlərin kitabxanasına daxil edilib

  • 25 noyabr, 2024
  • 15:42
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB
Xarici siyasət

Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB

  • 17 noyabr, 2024
  • 09:30
Naxçıvandakı muzeydə Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsi açılıb
Energetika Foto

Naxçıvandakı muzeydə "Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsi açılıb

  • 24 oktyabr, 2024
  • 12:03
Moser dünyasına qərqolma: Çexiyanın əfsanəvi emalatxanası Azərbaycanla əməkdaşlığı inkişaf etdirir - FOTO
Biznes Foto

"Moser" dünyasına qərqolma: Çexiyanın əfsanəvi emalatxanası Azərbaycanla əməkdaşlığı inkişaf etdirir - FOTO

  • 22 oktyabr, 2024
  • 11:00
COP29 yaşıl siyasətin Azərbaycan siyasətinin gündəliyinə gətirilməsinə səbəb olacaq - RƏY
COP29

COP29 "yaşıl siyasət"in Azərbaycan siyasətinin gündəliyinə gətirilməsinə səbəb olacaq - RƏY

  • 21 oktyabr, 2024
  • 08:36
Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb
Energetika Foto

Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb

  • 02 oktyabr, 2024
  • 12:47
Blinken: “Əsrin müqaviləsi birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur
Xarici siyasət

Blinken: “Əsrin müqaviləsi" birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur

  • 21 sentyabr, 2024
  • 14:29
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Xarici siyasət

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

  • 21 sentyabr, 2024
  • 14:22
“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib
Energetika Foto

“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib

  • 21 sentyabr, 2024
  • 11:45
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
İnfrastruktur

SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək

  • 20 sentyabr, 2024
  • 15:45
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb
Energetika

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb

  • 20 sentyabr, 2024
  • 15:43
“Qarabağ”  və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalanıb
Energetika Foto

“Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalanıb

  • 20 sentyabr, 2024
  • 15:38
ABŞ səfiri: Azərbaycanla “yaşıl enerji” və dekarbonizasiya sahəsində əməkdaşlığa hazırıq
Xarici siyasət

ABŞ səfiri: Azərbaycanla “yaşıl enerji” və dekarbonizasiya sahəsində əməkdaşlığa hazırıq

  • 20 sentyabr, 2024
  • 14:02
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
Daxili siyasət

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

  • 20 sentyabr, 2024
  • 12:36
Nazir: “Azərbaycan regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa töhfə verir”
Energetika

Nazir: “Azərbaycan regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa töhfə verir”

  • 20 sentyabr, 2024
  • 10:35
Azərbaycanın tarixi və taleyinin həlledici faktorları: Neft-qaz hasilatı - ANALİZ
Analitika

Azərbaycanın tarixi və taleyinin həlledici faktorları: Neft-qaz hasilatı - ANALİZ

  • 20 sentyabr, 2024
  • 10:20
1 2 3 4 5 6 ... 22

Əsrin müqaviləsi - tarixi neft sazişi, iqtisadi inkişaf və neft strategiyası

Əsrin müqaviləsi — 1994-cü il sentyabrın 20-də Bakıda, Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" (AÇG) yataqlarının dərin sularda birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında imzalanmış, müasir müstəqil Azərbaycanın taleyində həlledici dönüş yaradan və qlobal miqyasda böyük geoiqtisadi əhəmiyyət daşıyan əfsanəvi neft sazişidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən neft strategiyasının şah əsəri olan bu müqavilə Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyini kökündən dəyişdirərək ölkəmizi dünyanın etibarlı enerji tərəfdaşına çevirmişdir. Sazişin imzalanması prosesi olduqca gərgin geosiyasi şəraitdə, mürəkkəb iqtisadi böhran dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan dövlətinin iradəsi və qətiyyəti sayəsində dünyanın aparıcı dövlətlərini təmsil edən ən iri neft şirkətləri (BP, Amoco, Unocal, Statoil, Exxon, Ramco, TPAO və s.) Xəzər hövzəsinə böyük həcmdə investisiya yatırmağa cəlb edilmişdir. "Əsrin müqaviləsi" ifadəsi yalnız bir neft layihəsinin imzalanmasını deyil, həm də suveren Azərbaycanın iqtisadi müstəqilliyinin, modernləşməsinin və gələcək inkişaf paradiqmasının təməl daşını qoymuşdur.

Bu nəhəng sazişin həyata keçirilməsi nəticəsində əldə olunan ilk neft Azərbaycanın iqtisadiyyatına qısa müddət ərzində külli miqdarda maliyyə vəsaitinin daxil olmasını təmin etmiş, ölkənin valyuta ehtiyatlarının sürətlə artmasına, milli valyutanın sabitləşməsinə və qeyri-neft sektorunun inkişafı üçün möhkəm təməlin yaranmasına səbəb olmuşdur. "Əsrin müqaviləsi" çərçivəsində əldə edilən gəlirlər sonradan ölkənin infrastrukturunun yenidən qurulmasına, sosial layihələrin reallaşdırılmasına, regionların inkişafına və Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə yönəldilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi, Cənub Qaz Dəhlizinin reallaşdırılması və ölkəmizin Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilməsi birbaşa "Əsrin müqaviləsi"nin uğurlu nəticələridir. 2017-ci ildə AÇG yatağının işlənməsinin 2050-ci ilə qədər uzadılması ilə bağlı yeni sazişin imzalanması bu tarixi layihənin hələ uzun illər Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcəyini bir daha sübut etmişdir.