Yuxarı

Ukraynanın məşhur "Bumboks" qrupu Bakıda konsert verəcək

Konsert avqustun 1-də Yaşıl Teatrda keçiriləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Ukraynanın məşhur "Bumboks" qrupu Bakıda konsert verəcək. "Report" qrupun rəsmi saytına istinadən xəbər verir ki, konsert avqustun 1-də Yaşıl Teatrda keçiriləcək.

Biletləri artıq şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 20-90 AZN arasında dəyişir. 

"Bumboks" artıq bir neçə dəfə Bakıda konsert verib. MDB məkanında məşhur olan qrup, mahnılarını Ukrayna, rus və ingilis dillərində ifa edir. 2004-cü ildə yarandığı andan qrupun solisti Andrey Xlıvnyukdur. 

"Bumboks" qrupu "Vaxtyoram", "Letniy dojd" və s. xitlərin müəllifidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi