Ukraynanın məşhur "Bumboks" qrupu Bakıda konsert verəcək

Ukraynanın məşhur "Bumboks" qrupu Bakıda konsert verəcək Konsert avqustun 1-də Yaşıl Teatrda keçiriləcək
Şou-biznes
128
2 Fevral , 2015 13:01
Ukraynanın məşhur Bumboks qrupu Bakıda konsert verəcək

Bakı. 2 fevral. REPORT.AZ/ Ukraynanın məşhur "Bumboks" qrupu Bakıda konsert verəcək. "Report" qrupun rəsmi saytına istinadən xəbər verir ki, konsert avqustun 1-də Yaşıl Teatrda keçiriləcək.

Biletləri artıq şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 20-90 AZN arasında dəyişir. 

"Bumboks" artıq bir neçə dəfə Bakıda konsert verib. MDB məkanında məşhur olan qrup, mahnılarını Ukrayna, rus və ingilis dillərində ifa edir. 2004-cü ildə yarandığı andan qrupun solisti Andrey Xlıvnyukdur. 

"Bumboks" qrupu "Vaxtyoram", "Letniy dojd" və s. xitlərin müəllifidir. 

Son xəbərlər

Orphus sistemi