Yuxarı

"Sbornaya Baku" KVN komandası Yüksək Liqada 1/4 finala adlayıb

"Sbornaya Baku" KVN komandası Yüksək Liqada 1/4 finala adlayıb
Azərbaycan sonuncu dəfə Yüksək Liqada 1993-cü ildə təmsil olunub

Bakı. 13 mart. REPORT.AZ/ "Sbornaya Baku" (Bakı yığması) KVN komandası Yüksək Liqada uğurla 1/4 finala adlayıb.

"Report" Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun zamanı "Sbornaya Baku" komandası sonuncu pillədən üçüncü yerə yüksəlib və çox arzulanan 1/4 finala vəsiqəni əldə edib.

Qeyd edək ki, münsiflər heyəti Yekaterina Strijenova, Konstantin Ernst, Konstantin Lavronenko, Valdis Pelş, Mixail Qalustyan və Yuli Qusmandan ibarət olub. Bütün oyun boyu Strijenova komandamıza 5, Qalustyan isə 4 verib.

Bütün digər detalları və oyunun özünü KVN azarkeşləri bir neçə həftə sonra Rusiyanın birinci kanalının efirində görə biləcək.

"Sbornaya Baku" komandasını Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva, eləcə də Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) dəstəkləyib.

Xatırladaq ki, Azərbaycan sonuncu dəfə Yüksək Liqada 1993-cü ildə təmsil olunub.

Əlavə edək ki, aprelin 1-də möhtəşəm KVN bayramı bu dəfə Bakıda keçiriləcək. Heydər Əliyev Sarayında KVN üzrə Azərbaycan Liqasında dördüncü mövsümünün açılışı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi