Yuxarı

"Oskar" mükafatına rekord sayda xarici film namizəddir

Ümumilikdə 85 müraciət olunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Oskar" mükafatına "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə rekord sayda film təqdim edilib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, ümumilikdə 85 müraciət daxil edilib və bununla da 83 müraciətin olduğu əvvəlki ilin (2014) rekordu qırılıb.

Yəmən ilk dəfə "Oskar" mükafatına namizəd olub. Eyni zamanda, Albaniya, Argentina, Belçika, Boliviya, Çexiya, Misir, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Litva, Lüksemburq, Serbiya, Cənubi Afrika, Venesuela və digər ölkələrin filmləri Xarici dildə ən yaxşı film" nominasiyasına təqdim olunanlar arasındadır.

Doqquz filmin daxil olacağı "şort-list" bu il dekabr ayının sonlarında açıqlanacaq. "Oskar"a beş namizəd isə gələn il yanvarın 24-də elan olunacaq.

"Oskar"ın təqdimat mərasimi 2017-ci il fevralın 26-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi