Yuxarı
    Bağlamaq

    Hollivud Şöhrət xiyabanında Hyu Lorinin adına ulduz açılıb

    2006-2007-ci illərdə H.Lori Doktor Haus serialındakı baş rola görə Qızıl qlobus mükafatı qazanıb

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Hollivud Şöhrət xiyabanında böyük britaniyalı aktyor Hyu Lorinin adına ulduz açılıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, o, ABŞ-da "Doktor Haus" serialında baş rolu ifa etməsiylə məşhurlaşıb.

    57 yaşlı H.Lori ulduzun açılışında həyatda bəxtinin gətirdiyini və bəxtin hər zaman onun yanında olduğunu bildirib.

    Qeyd edək ki, aktyor 2006-2007-ci illərdə "Doktor Haus" serialında canlandırdığı Qreqori Haus roluna görə, "Qızıl qlobus" mükafatı qazanıb. Həmin seriala çəkildikdən sonra H.Lori ən yüksək ödənişli aktyorlardan birinə çevrilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi