Hollivud Şöhrət xiyabanında Hyu Lorinin adına ulduz açılıb

Hollivud Şöhrət xiyabanında Hyu Lorinin adına ulduz açılıb 2006-2007-ci illərdə H.Lori "Doktor Haus" serialındakı baş rola görə "Qızıl qlobus" mükafatı qazanıb
Şou-biznes
26 Oktyabr , 2016 11:14
Hollivud Şöhrət xiyabanında Hyu Lorinin adına ulduz açılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Hollivud Şöhrət xiyabanında böyük britaniyalı aktyor Hyu Lorinin adına ulduz açılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, ABŞ-da "Doktor Haus" serialında baş rolu ifa etməsiylə məşhurlaşıb.

57 yaşlı H.Lori ulduzun açılışında həyatda bəxtinin gətirdiyini və bəxtin hər zaman onun yanında olduğunu bildirib.

Qeyd edək ki, aktyor 2006-2007-ci illərdə "Doktor Haus" serialında canlandırdığı Qreqori Haus roluna görə, "Qızıl qlobus" mükafatı qazanıb. Həmin seriala çəkildikdən sonra H.Lori ən yüksək ödənişli aktyorlardan birinə çevrilib.

Son xəbərlər

Orphus sistemi