Gənc azərbaycanlı musiqiçi "Ukraynanın səsi" müsabiqəsinin növbəti mərhələsinə vəsiqə qazanıb - VİDEO

Gənc azərbaycanlı musiqiçi "Ukraynanın səsi" müsabiqəsinin növbəti mərhələsinə vəsiqə qazanıb - VİDEO Cavid Məmmədov "Ukraynanın səsi" müsabiqəsində iştirakını məşhur Ukrayna musiqiçisi Sergey Babkinin komandasında davam etdirəcək
Şou-biznes
20 Mart , 2017 15:01
Gənc azərbaycanlı musiqiçi Ukraynanın səsi müsabiqəsinin növbəti mərhələsinə vəsiqə qazanıb - VİDEO

Bakı. 20 mart. REPORT.AZ/ Gənc azərbaycanlı musiqiçi Cavid Məmmədov Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsinin III turuna vəsiqə qazanıb.

"Report" xəbər verir ki, bu dəfə C.Məmmədov layihənin digər iştirakçısı Nailə İbrahimova ilə duetdə "Lean on major lazer" məşhur kompozisiyasını oxuyub.

"Hər şey əla idi, baxmayaraq ki, bu mahnı mənim səsimə uyğun deyildi. Gözəl müğənni Nailə ilə hər şeyi əla səviyyədə etdik. Şadam ki, hər ikimiz növbəti tura keçə bildik", - deyə C.Məmmədov bildirib.

Qeyd edək ki, gənc mügənni “Ukraynanın səsi” müsabiqəsində iştirakını bundan sonra məşhur Ukrayna musiqiçisi Sergey Babkinin komandasında davam etdirəcək. Çünki “Eurovision”nın qalibi olan Camala Nailə İbrahimovanı şeçib.

 Qeyd edək ki, müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.

Son xəbərlər

Orphus sistemi