Yuxarı

“Əli və Nino” filmi Bakıda kinoteatrlarda nümayişə çıxarılır

“Əli və Nino” filmi Bakıda kinoteatrlarda nümayişə çıxarılır
Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, rejissoru isə Asif Kapadiyadır

Bakı. 23 avqust. REPORT.AZ/ Səbirsizliklə gözlənilən “Əlivə Nino” filminin yaxında Bakıda kinoteatrlarda nümayişinə başlanılacaq.

“Report” xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəsmi sosial şəbəkə səhifəsində filmin tezliklə kinoteatrda nümayiş olunacağı barədə məlumatı yer alıb.
Qeyd edək ki, film Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” romanı əsasında çəkilib. Film müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edir. Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, rejissoru isə Asif Kapadiyadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi