“Əli və Nino” filmi Bakıda kinoteatrlarda nümayişə çıxarılır

“Əli və Nino” filmi Bakıda kinoteatrlarda nümayişə çıxarılır Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, rejissoru isə Asif Kapadiyadır
Şou-biznes
23 Avqust , 2016 15:35
“Əli və Nino” filmi Bakıda kinoteatrlarda nümayişə çıxarılır

Bakı. 23 avqust. REPORT.AZ/ Səbirsizliklə gözlənilən “Əlivə Nino” filminin yaxında Bakıda kinoteatrlarda nümayişinə başlanılacaq.

“Report” xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəsmi sosial şəbəkə səhifəsində filmin tezliklə kinoteatrda nümayiş olunacağı barədə məlumatı yer alıb.
Qeyd edək ki, film Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” romanı əsasında çəkilib. Film müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edir. Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, rejissoru isə Asif Kapadiyadır.

Son xəbərlər

Orphus sistemi