Yuxarı

Amerikalı aktyor Cerri Lyuis 91 yaşında vəfat edib

Amerikalı aktyor Cerri Lyuis 91 yaşında vəfat edib
O, Bu dəli, dəli, dəli, dəli dünya, Dəli professor və s. kimi filmlərdə çəkilib
© Los Angeles Times

Bakı. 21 avqust. REPORT.AZ/ Amerikalı aktyor, müğənni və Hollivudun ən uğurlu komediyaçılarından biri olan Cerri Lyuis 91 yaşında Las-Veqasda vəfat edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Lyuis ailəsinin bəyantında aktyorun evində təbii şəkildə vəfat etdiyi bildirilib.

ABŞ mediası isə aktyorun şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini və son bir neçə ildə xərçənglə mübarizə apardığını yazıb.

O, "Bu dəli, dəli, dəli, dəli dünya" (It's a Mad Mad Mad Mad World), "Dəli professor", "Arizona arzusu" və s. kimi filmlərdə çəkilib.

C.Lyuis aktyorluq karyerasından əlavə, rejissor, prodüser, ssenarist və bəstəkar kimi fəaliyyət göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi