ABŞ-da MTV mükafatının nominantlarının adı açıqlanıb - SİYAHI

ABŞ-da MTV mükafatının nominantlarının adı açıqlanıb - SİYAHI Nüfuzlu tədbirin təntənəli açılışı avqustun 30-da Los-Ancelesdə olacaq
Şou-biznes
22 İyul , 2015 10:57
ABŞ-da MTV mükafatının nominantlarının adı açıqlanıb - SİYAHI

Bakı. 22 iyul. REPORT.AZ/ ABŞ-da ən yaxşı musiqili videoklip müsabiqəsi olan MTV (Video Music Awards) mükafatı nominantlarının adları açıqlanıb.

"Report" xəbər verir ki, iştirakçılar arasında mübarizə 17 kateqoriya üzrə aparılır.

Müsabiqənin 9 mükafatının nominantı 25 yaşlı amerikalı müğənni Teylor Sviftdir. İkinci yerdə 6 nominasiya üzrə qalib göstərilən 24 yaşlı ingilis müğənni Ed Şiran gəlir. 5 nominasiyanın qalibi kimi müğənni Beyonse, müğənni Mark Ronson və amerikalı reper Kemdrik Lamar göstərilib.

Müsabiqənin "İlin videoklipi" nominasiyasında ilk yerdə Teylor Svift yarışır.

Qeyd edək ki, təntənəli mərasim avqustun 30-da Los-Ancelesdə keçiriləcək.

Mərasimin aparıcısı müğənni Mayli Sayrus olacaq.

Qeyd edək ki, nüfuzlu MTV (Video Music Awards) mükafatını 1984-cü ildə MTV telekanalı təsis edib.

Mükafat musiqi industriyası sahəsində ən uğurlu vidokliplərə təqdim edilir. 

Son xəbərlər

Orphus sistemi