Uill Smit “Oskar” insidentindən sonra ABŞ-ın Kino Akademiyasından istefa verib

Uill Smit “Oskar” insidentindən sonra ABŞ-ın Kino Akademiyasından istefa verib Amerikalı aktyor Uill Smit “Oskar” mərasimi zamanı komediya ustası Kris Rokun sifətinə yumruq vurduqdan sonra Amerika Kino Sənəti və Elmləri Akademiyasından könüllü olaraq istefa verib.
Şou-biznes
2 Aprel , 2022 04:15
Uill Smit “Oskar” insidentindən sonra ABŞ-ın Kino Akademiyasından istefa verib

Amerikalı aktyor Uill Smit “Oskar” mərasimi zamanı komediya ustası Kris Rokun sifətinə yumruq vurduqdan sonra Amerika Kino Sənəti və Elmləri Akademiyasından könüllü olaraq istefa verib.

“Report” xəbər verir ki, sənətçinin açıqlamasını “Variety” jurnalı yayıb.

"Mən akademiyanın etimadını doğrultmamışam", - Uill Smit deyib: “Kino Sənətləri və Elmləri Akademiyasından istefa verirəm və Rəhbərlər Şurasının müvafiq hesab etdiyi istənilən cəzanı qəbul etməyə hazıram”.

Bundan əvvəl Kino Akademiyası “Oskar” mərasimində baş vermiş insidentlə əlaqədar Smitə qarşı intizam icraatına başlayıb. CNN-in məlumatına görə, Akademiyanın Rəhbərlər Şurasının iclası aprelin 18-nə təyin edilib. İclasda sənətçiyə qarşı tədbir görülə bilər. Xüsusilə, onun Kino Akademiyasına üzvlüyünün dayandırıla və ya ləğv oluna, eləcə də digər sanksiyaların tətbiq edilə biləcəyi qeyd olunur.

"94-cü Akademiya Mükafatları mərasimindəki hərəkətim sarsıdıcı, ağrılı və bağışlanmaz idi. Zərər verdiyim şəxslərin siyahısı uzundur, siyahıya Kris, onun ailəsi, bir çox dostlarım və ailəm, bütün tamaşaçılar və dünyanın hər yerindən televiziya tamaşaçıları daxildir", - Smit deyib. “Dəyişiklik vaxt tələb edir və mən bir daha heç vaxt zorakılığın zehni zəbt etməməsi üçün iş görməyə hazıram”, - artist fikirlərini yekunlaşdırıb.

Smith ötən bazar günü canlı televiziyada Rokun üzünə sillə vurub və həyat yoldaşı Jada Pinkett Smitlə bağlı uğursuz zarafatına cavab olaraq ədəbsiz sözlər işlədib. Hadisədən bir neçə dəqiqə sonra o, “Kral Riçard” filmində ən yaxşı kişi roluna görə mükafatlandırılıb. Aktyor bazar ertəsi Rokdan ictimaiyyət qarşısında üzr istəyib. Lakin komediyaçı hələ Smitə qarşı ittiham irəli sürməyib və çərşənbə günü Bostonda verdiyi konsertdə baş verənlərlə bağlı "hələ də düşündüyünü” deyib.

Son xəbərlər

Orphus sistemi