TRT bir sıra tanınmış müğənnilərin mahnılarına qadağa qoyub

TRT bir sıra tanınmış müğənnilərin mahnılarına qadağa qoyub “Akıl Çıkmazı”, “Dört Duvar Özgürlük” adlı proqramların yayımı da dayandırılıb
Şou-biznes
28 Fevral , 2018 16:52
TRT bir sıra tanınmış müğənnilərin mahnılarına qadağa qoyub

Bakı. 28 fevral. REPORT.AZ/ TRT 142 türk və 66 kürd dilində olan mahnıların yayımına qadağa qoyub.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, musiqiləri qadağan edilən sənətçilər sırasında Nazan Öncel, Demet Akalın, Nükhet Duru, Onur Akın, Sıla və Bengü, Berkay kimi tanınmışların adları da var.

Qadağa musiqilərin sözlərində milli, dini, irqi ayrı-seçkiliyə yol verildiyinə, ölkənin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaratdığına və terrora çağırış olduğuna görə tətbiq edilib.

Bununla yanaşı, “Akıl Çıkmazı”, “Dört Duvar Özgürlük” adlı proqramların yayımı da dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi