Stallone "Rokki"nin müəlliflərini “İvan Draqo” haqqında filmə görə tənqid edib

Stallone "Rokki"nin müəlliflərini “İvan Draqo” haqqında filmə görə tənqid edib Məşhur aktyor, rejissor Silvestr Stallone sosial şəbəkədə “Rokki” filminin prodüseri İrvin Uinkleri tənqid edib.
Şou-biznes
1 Avqust , 2022 08:06
Stallone Rokkinin müəlliflərini “İvan Draqo” haqqında filmə görə tənqid edib

Məşhur aktyor, rejissor Silvestr Stallone sosial şəbəkədə “Rokki” filminin prodüseri İrvin Uinkleri tənqid edib.

"Report"un məlumatına görə, Stallonenin sözlərini “Deadline” nəşri sitat gətirir.

Sənətçi boksçu “İvan Draqo” və oğlu haqqında spin-ofun (spin off - hər hansı filmdə yer almış hekayənin, hadisənin, obrazın və s. ayrıca, olaraq sırf o barədə hazırlanmış versiyasıdır) hazrılanması ilə bağlı xəbərdən hiddətlənib.

"Daha bir acı xəbər. Yenə yazıq prodüser və onun eqoist yararsız uşaqları (onlar da prodüserdirlər - red.) gözəl bir xarakterdən qalan sümükləri yığırlar. Siz ümumiyyətlə güzgüyə necə baxa bilirsiniz? Fanatlardan üzr istəyirəm, heç vaxt istəməzdim ki, “Rokki” xəsisliyin qurbanı olsun”, - aktyor narazı halda qeyd edib.

Stallone və Uinkler uzun müddət məşhur filmin hüquqları üstündə mübahisə ediblər. Gələn il seriyanın 9-cu hissəsi olan “Krid 3” ekranlara çıxmalıdır. Bu, aktyor heyətində Stallonenin yer almadığı ilk film olacaq.

Son xəbərlər

Orphus sistemi