“Sinemazadə” şirkətinin yeni “Çat kapı aşk” filminin baş rol ifaçıları məlum olub - FOTO

“Sinemazadə” şirkətinin yeni “Çat kapı aşk” filminin baş rol ifaçıları məlum olub - FOTO Filmdə baş rolları Müge Boz və Jess Molho ifa edəcək
Şou-biznes
12 İyul , 2017 10:18
“Sinemazadə” şirkətinin yeni “Çat kapı aşk” filminin baş rol ifaçıları məlum olub - FOTO

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanın “Sinemazadə” studiyasının yeni ekran əsəri olan “Çat kapı aşk” filminin baş rollarının ifaçıları məlum olub. 

“Report” "f5haber.com"a istinadən xəbər verir ki, filmdə baş rolları tanınmış türk aktrisası Müge Boz və uzun müddətdir ki, aparıcı kimi fəaliyyət göstərən, aktyor Jess Molho ifa edəcək. 

Müge Boz

Film təsadüfən həyatının məhəbbəti ilə qarşılaşan iki gəncin başına gələn hadisələrdən bəhs edir. 

Ekran işində Müge Boz heykəltaraş Su obrazı, Jess isə vəkil Aras roluyla tamaşaçıların qarşısına çıxacaq. Rejissoru Erhan Baytimur olan filmin çəkilişlərinə artıq start verilib.

Jess Molho

Son xəbərlər

Orphus sistemi