Rusiyanın tanınmış müğənnisi Bakıya gəlir

Rusiyanın tanınmış müğənnisi Bakıya gəlir Stas Mixaylov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək
Şou-biznes
165
28 İyun , 2015 15:44
Rusiyanın tanınmış müğənnisi Bakıya gəlir

Bakı. 28 iyun. REPORT.AZ Rusiyanın tanınmış müğənnisi Stas Mixaylov Bakıda növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.

Oktyabrın 1-də Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdiriləcək konsert proqramı "Я буду с тобой" adlanır. Konsertdə Stas Mixaylov populyar mahnılarını ifa edəcək.
Saat 20:00-da başlayacaq konsertin biletləri 29-139 manatdır.

Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarında satılır.

Son xəbərlər

Orphus sistemi