"Oskar"ın budəfəki sahibləri fevralın 22-də bəlli olacaq

"Oskar"ın budəfəki sahibləri fevralın 22-də bəlli olacaq Los-Ancelesdə 87-ci "Oskar" mükafatı mərasiminə hazırlıq gedir
Şou-biznes
21 Fevral , 2015 10:13
Oskarın budəfəki sahibləri fevralın 22-də bəlli olacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Los-Ancelesdə möhtəşəm "Oskar" mərasiminə hazırlıq işləri gedir. Bu il 87-ci dəfə keçiriləcək "Oskar" mərasiminin qaliblərinin adları fevralın 22-də axşam saatlarında bəlli olacaq.

"Report" xəbər verir ki, mərasim fevralın 22-də Hollywood&Highland Mərkəzdə baş tutacaq.

Hazırda namizədlərin adlarının açıqlandığı bülletenlərin səsverməsi aparılır. Bu il Amerika Kino Akademiyasının 6 292 üzvü gələcək qaliblərin adlarının müəyyənləşəcəyi bülletenləri imzalayıb. Sonda 20 nəfərlik yüksək münsiflər heyəti qalibləri seçəcək. Ən çox səs toplayan film, aktyor, rejissor "Oskar" mükafatının builki qalibi olacaq.

Bu il 24 nominasiya üzrə qaliblər müəyyən ediləcək.

"Oskar" mükafatının təqdimat mərasiminin videoyazısı fevralın 23-də dünyanın bir çox nüfuzlu telekanalları vasitəsilə nümayiş ediləcək. 

Son xəbərlər

Orphus sistemi