Nazir: "Azərbaycanda turizm sənayesi 4,11 faiz artıb"

Nazir: "Azərbaycanda turizm sənayesi 4,11 faiz artıb" "Artıq I Avropa Oyunları zamanı səhər yeməyinin Azərbaycan milli mətbəxinə uyğun təqdim olunması bağlı şəhadətnamə almışıq"
Şou-biznes
2 İyun , 2015 18:44
Nazir: Azərbaycanda turizm sənayesi 4,11 faiz artıb

Bakı. 2 iyun. REPORT.AZ/ "Ötən illə müqayisədə Azərbaycan sərhədini keçən xarici vətəndaşların sayı azalıb, amma turizm məqsədilə ölkəmizə gələnlərin sayı çoxalıb". "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizm sənayesi 4,11 faiz artıb: "Turizm xidmətləri son illər yaxşılaşır. Amma turistlərin sayının azalması bizdən asılı deyil. Bu tendensiya bütün ölkələrdə var".

Ə.Qarayev deyib ki, bu il ərzində Azərbaycan televiziyalarında mədəniyyət və turizmin təbliğatı ilə bağlı 1720 reportaj gedib: "Qəzetlərdə isə yalnız may ayı ərzində 5581 yazı gedib. İnternetdə isə 25 mindən artıq yazı verilib".

Nazir həmçinin artıq I Avropa Oyunları zamanı səhər yeməyinin Azərbaycan milli mətbəxinə uyğun təqdim olunması bağlı şəhadətnamə aldıqlarını da vurğulayıb: "Bütün qonaqlarımızı gözləyirik. Onların qalacaqları hər bir otel lisenziyalaşdırılıb. Biz bütün qonaqlarımızı yüksək səviyyədə qəbul edib yola salacağıq.

Son xəbərlər

Orphus sistemi