Müğənni Emin Ağalarovun yeni albomu təqdim olunub

Müğənni Emin Ağalarovun yeni albomu təqdim olunub Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Emin Ağalarovun rus dilində mahnılardan ibarət olan yeni albomu təqdim olunub.
Şou-biznes
7 Noyabr , 2018 15:26
Müğənni Emin Ağalarovun yeni albomu təqdim olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Emin Ağalarovun rus dilində mahnılardan ibarət olan yeni albomu təqdim olunub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, "Səmadan qorxmurduq" ("Неба не боялись") adlanan albom iki hissədən ibarətdir.

Albomun birinci hissəsi daha əvvəl yayımlanmamış yeni parçalar, digər hissəsi isə heç bir albomda yer almayan, artıq hit olmuş mahnılardan ibarətdir.

Qeyd edək ki, xalq artistinin rusiyalı müğənni Maksim Fadeevlə birgə ərsəyə gətirdiyi "Mənim Azərbaycanım" adlı dueti də bu albomda yer alıb.

Son xəbərlər

Orphus sistemi