"Miss Mundial - 2018" gözəllik müsabiqəsinin qalibi məlum olub

"Miss Mundial - 2018" gözəllik müsabiqəsinin qalibi məlum olub Bakı. 13 iyun. REPORT.AZ/ Miss Mundial - 2018 gözəllik müsabiqəsinin qalibi məlum olub.
Şou-biznes
621
13 İyun , 2018 12:28
Miss Mundial - 2018 gözəllik müsabiqəsinin qalibi məlum olub
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Miss Mundial - 2018" gözəllik müsabiqəsinin qalibi məlum olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək dünya çempionatına qatılan 32 ölkə tərəfindən Almaniyada gözəllik müsabiqəsi təşkil olunub.

Yarışmada Belçikanın 18 yaşlı nümayəndəsi Zoe Brunet qalib gəlib. O, layiq görüldüyü titulla qürur duyduğunu deyərək, Belçikanın milli komandasına uğurlar arzulayıb. Qalibə 3500 avro pul mükafatı verilib.

Qeyd edək ki, gözəllik müsabiqəsi 2006-cı ildən keçirilir. Qaydalara əsasən, 18 yaşdan 33 yaşadək dünya çempionatına qatılan ölkələrin nümayəndələri cazibədar görünüşlü olmaqla yanaşı, futboldan kifayət qədər anlayışlı olmalıdır.

Son xəbərlər

Orphus sistemi