Məşhur britaniyalı aktrisa xərçəngdən öldü

Məşhur britaniyalı aktrisa xərçəngdən öldü Aktrisa öz evində vəfat edib
Şou-biznes
17 Aprel , 2021 04:18
Məşhur britaniyalı aktrisa xərçəngdən öldü

“Harry Potter” filmlərində Narciss Malfoy, “Anna Karenina” teleserialında baş rol ifaçısı, məşhur britaniyalı aktrisa Helen Makkrori 52 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bunu aktrisanın həyat yoldaşı, aktyor və prodüser Demien Lyus deyib.

Onun sözlərinə görə, Helen xərçəngdən müalicə alırdı. Aktrisa öz evində vəfat edib.

Qeyd edək ki, aktrisa sonuncu dəfə “Peaky Blinders” teleserialında çəkilirdi.

O, həmçinin “007: Skayfolun koordinatları”( Skyfall), “Vaxt qoruyucusu”( Hugo), “Kraliça” filmlərində çəklib.

Son xəbərlər

Orphus sistemi