Masallı. 20 noyabr.
"Report" xəbər verir ki, "ASAN həyat" KinoKlubun CinemaPlus Masallı filialında baş tutan mərasimdə filmin yaradıcı heyəti də iştirak edib.
Onlar tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf veriblər. Aktyorlar ekran əsərinin ərsəyə gəlmə prosesindən danışıblar.
Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyilmiş. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.
Tamaşaçılar ekran əsərini gur alqışlarla qarşılayıb.
Filmdə Müşfiq Şahverdiyev,
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.